Malidə silahlı hücum: 38 nəfər öldürüldü

Malidə kəndlərə silahlı şəxslər tərəfindən edilmiş hücum nəticəsində ən az 38 adam həlak olub, üçü yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Agence de Presse du Mali” agentliyi xəbər verib.

Məlumata əsasən, silahlılar mal-qara ələ keçirib və bir neçə ev yandırıblar.

Ehtimal edilir ki, eyni xadimlər Yoro yaşayış məntəqəsində yük maşınına hücum edib. Hücum nəticəsində 14 nəfər öldürülüb.

Hücumun dəqiq səbəblərini öyrənmək üçün hadisə yerinə əlavə qüvvələr göndərilib./Trend/