Malidə girov götürülənlərin bir hissəsi sərbəst buraxılıb – VİDEO(Yenilənib)

5f2f9ce92ede1aeef7340516141ae913Malinin paytaxtı Bomako şəhərində silahlı şəxslər “Radisson” otelində 170 nəfəri girov götürüblər.

Girovlardan 140-ı qonaq, 30-u isə hotel əməkdaşıdır.

Hotelə giriş və çıxış qadağan edilib.

“Reuters”in məlumatına görə, silahlılar hotelə “Allahu – Əkbər” qışqıra-qışqıra daxil olublar. Hüquq-mühafizə orqanlarının qüvvələri hoteli mühasirəyə alıblar. Hazırda hotel binasında atışma gedir.

Yerli təhlükəsizlik xidmətinin nümayəndəsi hoteldə 10-a yaxın silahlı şəxsin olduğunu bildirib(APA)

***

Malinin paytaxtı Bomako şəhərində “Radisson” hotelində girov saxlanılanların bir hissəsi azad olunub.
Silahlılar onları “Quran”dan sitat gətirə bildikləri üçün sərbəst buraxıblar.

Hücum zamanı terrorçular dini şüarlar səsləndiriblər. Hotelin təhlükəsizlik xidmətinin azı iki əməkdaşı xəsarət alıb.

Xatırladaq ki, sayı 10-a yaxın olduğu deyilən silahlı şəxslər 140 müştərini, habelə 30 nəfər hotel əməkdaşını girov götürüblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında atışma gedir.