Malidə terror hücumu: azı 40 nəfər ölüb

Malidə tuareq tayfalarına qarşı iki silahlı hücum həyata keçirilib.

Yenicag.az xəbər verir ki, hücumlar nəticəsində azı 40 nəfər ölüb. Bu barədə silahlı qarşıdurmanın baş verdiyi Menaka rayonunun qubernatoru Dauda Mayqa açıqlama verib.

Qeyd edək ki, hücumun silahlı dini radikallar tərəfindən həyata keçirildiyi bildirilir. Terror aktı səhradakı uzaq kəndlərdə törədilib. Terrorçular cümə axşamı və cümə günlərində səhrada yerləşən ayrı-ayrı kəndlərə basqın edərək yerli əhalini öldürüblər.

COP29