!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maliki Obama və Xamneyiyə təslim oldu – İstefanın şərhi

!Reklam – Yazi

 

İraqda daha bir dönəm bitdi…

malikiİraq Dövlət Televiziyası Baş nazir Nuri Əl-Malikinin istefa verdiyini bildirib.İraq Prezidenti Fuad Masum Məclis spikerinin müavini Heydər Əl-Abadiyə hökuməti qurmaq tapşırığını verdikdən sonra Maliki bu addımı atıb.

 Maliki onun haqqında hər hansı bir iddia açılmaması və siyasətlə məşğul olmasına icazə verilməsi şərti ilə vəzifəni Heydər Əl-Abadiyə verməyə razı olub.

İraq televiziyasına verdiyi açıqlamada Maliki “İraqın bütövlüyü və sabitliyinin qorunması üçün Baş nazirliyə namizəd Heydər Əl-Abadi lehinə namizədliyimi geri götürürəm”, – deyə bildirib.

Malikinin getməsi üçün İraqdakı bütün güclərin səfərbər olduğunu bir neçə gün öncə bildirən YENİCAG.AZ xəbər verir ki, Heydər Əl-Abadi də Maliki ilə eyni qrupa – Qanun Dövləti Koalisiyasına daxildir. Bu koalisiya İraq Parlamentində ən çox üzvə malik qrupdur.

Əl-Abadinin namizədliyini parlamentdə ikinci ən böyük qrup- Əhrar Hərəkatı da dəstəkləməkdədir. Belə ki, Müqtəda əs-Sədrin rəhbərlik etdiyi Əhrar Hərəkatı bundan öncəki açıqlamasında Malikiyə lazım olan dəstəyi verməyəcəklərini, lakin baş nazirin daxil olduğu Qanun Dövləti Koalisiyasının başqa namizəd irəli sürəcəyi təqdirdə qərarlarına yenidən baxılacağını bildirmişdi.

Eyni ilə sünni ərəblər və Bərzani də Maliki ilə işləmək istəmədiklərini bildirmişdilər.

İŞİD ilə bağlı danışan ABŞ Prezidenti Obamanın İraqdakı problemlərin açarının “bir an öncə bütün xalqları birləşdirən və razı salan hökumətin qurulması”nda olduğunu deməsi Malikidən imtina etdiyini açıq şəkildə göstərirdi.

Tarixdə nadir görünsə də İranın ali dini rəhbəri Xamneyi ilə Obamanın mövqeyi Maliki məsələsində üst-üstə düşürdü. Çünki Xamneyi də bir gün öncə İraqın yeni baş naziri ilə işləyəcəklərini açıqlaması Malikiyə ciddi işarə idi.

Və Maliki getdi…

Malikinin istefası ilə Bağdadinin yenidən Suriyaya keçməsi İraqda yeni dönəmin işarəsidir. Doğrudur, İŞİD hələ uzun müddət İraqda mövcudiyyətini davam etdirəcək. Xüsusilə çöl İraqda İŞİD öz hegemoniyasını bir müddət davam etdirəcək. Lakin İraq həm ABŞ, həm də İran üçün Suriyadan daha önəmli olduğundan bu ölkədə sabitliyin bərpası üçün müvafiq addımlar mütləq atılacaq.

Heydər Əl-Abadinin qısa müddət ərzində şiələrin hamısının dəstəyini alacağı şübhə doğurmasa da, mübahisəli ərazilərlə bağlı Bərzani ilə dialoqunun uzanacağı gözlənilir.

İstənilən halda isə İraqda daha bir dönəm qapandı…

 

Aqil ƏLƏSGƏR

 

www.yenicag.az

625
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv