!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maliyyə Bazarlarına Nəzarət Palatasının diskriminasiya siyasəti – Şərh

!Reklam – Yazi

blogpost-july-2011-berkenalan-dgn-kreditVüqar Bayamov: “Yaş heç zaman meyar ola bilməz, əsas kriteriya ödəmə qabiliyyəti olmalıdır, konkret əhali qruplarına qadağaların tətbiq edilməsi diskriminasiyadır”
Maliyyə Bazarlarına Nəzarət Palatası növbəti bir addımı ilə təqaüdçülərə kreditlərin verilməsini qadağan edib.

Palatanın atdığı bu addım görəsən nə dərəcədə məntiqlidir?

Yenicag.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov təqaüdçülərə kredit verilməsinin qadağan edilməsini diskriminasiya halı kimi qiymətləndirdi: “Beynəlxalq praktikada hansısa yaş qrupuna keditlərin verilməsinin qadağan edilməsi halına rast gəlinmir. Əgər vətəndaşın ödəmə qabiliyyəti varsa onun yaşından, peşəsindən asılı olmayaraq kredit almaq hüququ olmalıdır. Eyni zamanda, kimə kredit verib-verməmək hansısa qurumun deyil, bankın səlahiyyətindəki məsələ olmalıdır. Müştərinin ödəmə qabiliyyətini bank qiymətləndirməlidir. Əgər təqaüdçü yüksək pensiya alırsa və hətta öz həyatını sığorta etdirib kedit üçün müraciət edirsə bank nə üçün ona mənfi cavab verməlidir ki? Ödəmə qabiliyyəti olan pensiyaçı yaşı nisbətən çox olduğuna görə niyə kredit almaq hüququndan istifadə etməməlidir ki? Yaş heç zaman meyar ola bilməz, əsas kriteriya ödəmə qabiliyyəti olmalıdır. Eyni zamanda, beynəlxalq praktikada konkret əhali qruplarına qadağaların tətbiq edilməsi diskriminasiya kimi qiymətləndirilir. Yaş qruplarına görə kredit verilməsinə məhdudiyyətlər tətbiq etməklə problemi kredit məsələsini həll etmək mümkün deyil. Bunun üçün daha kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır”.

ELÇİN

www.yenicag.az

900
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv