!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maliyyə hesabatı “Azərsun”un yalanını ortaya çıxardı – FAKTLAR

!Reklam – Yazi

70c7f4a92f45b8ba83f8004906ef4bf0_XLBir neçə gün öncə müəssisələrini yavaş-yavaş ictimaiyyətə açacağını (İPO – səhmlərin ilkin kütləvi satşı) elan edən “Azərsun Holdinq”in ötən ilki vəziyyəti məlum olub. Maliyyə hesabatları, şirkətin 2015-ci ildəki 2 devalvasiyadan sonra “zərər içindəyik” deməsini təsdiq etmir.

“Azərsun Holdinq” MMC və onun törəmə müəssisələrinin Konsolidə edilmiş maliyyə hesabatları açıqlanıb.

“Marja” hesabata istinadən xəbər verir ki, 2015-ci ildə holdinqin cəmi gəlirləri 309 milyon 528 min 712 manat təşkil edib. Bu məbləğ 2014-cü illə müqayisədə təxminən 9,5 milyon manat çoxdur. Holdinq 2014-cü ildə 300 milyon 17 min 539 manat cəmi gəlir əldə etmişdi.

İLİ 11 MİLYON MANAT TƏMİZ QAZANCLA BAŞA VURUB

Holdinq ötən il 309 milyon 528 min 712 manat gəliri əldə etmək üçün 212 milyon 632 min 744 manat xərc çəkib (Satışların və xidmətlərin maya dəyəri) və nəticədə 96 milyon 895 min 968 manat məcmu mənfəət qalıb. Məcmu mənfəətdən “satış və paylaşdırma xərcləri”, “İnzibati və ümumi xərclər”, “Məzənnə xərci” və s. xərclər çıxıldıqdan sonra holdinqin il üzrə 11 milyon manat xalis mənfəəti qalıb.

Maliyyə hesabatında ötən il “Azərsun Holdinq” MMC-nin devalvasiyaya görə 37 milyon 540 min 299 manat zərər etdiyi diqqəti çəkir.

AKTİVLƏRİ ARTIB

31 dekabr 2015-cü il tarixinə “Azərsun Holdinq” MMC-nin cəmi aktivləri 468 milyon 162 min 287 manat təşkil edib. Bu, 2014-cü ilin sonu ilə müqayisədə təxminən 10% çoxdur. Şirkətin aktivləri əsasən mal-material ehtiyatının artması hesabına yüksəlib.

107 MİLYON MANATDAN ÇOX BÖLÜŞDÜRÜLMƏMİŞ MƏNFƏƏT

31 dekabr 2015-cü il tarixinə “Azərsun Holdinq” MMC 72 milyon 521 min 587 manat nizamanmə, 181 milyon 698 min 712 manat cəmi kapitala malik olub. Cəmi kapitalın 107 milyon 355 min 928 manatını bölüşdürülməmiş mənfəət təşkil edib.

Ötən il “Azərsun Holdinq”in öhdəlikləri 30 milyon manat artaraq 286 milyon 463 min 575 manata çıxıb.

“Azərsun Holdinq” Azərbaycanda 1991-ci ildən fəaliyyət göstərir. Holdinq ildən ilə fəaliyyət sahələrini artıraraq, qida istehsalı, kənd təsərrüfatı, qablaşdırma və kağız sahələrinə aid 30-dən artıq müəssisəni istifadəyə verib, bu gün qida sənayesi sektorunda ölkənin aparıcı şirkətlərini birləşdirən böyük bir holdinqə çevrilib.

Böyük ehtimalla Konsolidə edilmiş maliyyə hesabatları “Azərsun Holdinq”in bütün müəssisələrini əhatə etmir. 30-dən artıq müəssisəsi olan bir qrupun 309,5 milyon manatlıq satış həyata keçirməsi inandırıcı görünmür.

www.yenicag.az

1634
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv