Maliyyə naziri IMF-nin mərkəz direktoru ilə görüşdü

Bu gün maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (IMF) Qazaxıstanda yerləşən Qafqaz, Mərkəzi Asiya və Monqolustan Regional Bacarıqların İnkişafı Mərkəzinin (CCAMTAC) direktoru Norbert Funke ilə görüşüb.

Yenicag.az nazirliyə istinadən xəbər verir ki, görüşdə Mərkəzin Azərbaycanda həyata keçirdiyi texniki yardım layihələrinin, o cümlədən fiskal risklərin idarə olunması, makrofiskal proqnozlaşdırma və modelləşdirmə, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi üzrə texniki yardım layihələrinin icra vəziyyəti diqqət mərkəzində olub.

Tərəflər həmçinin, BVF ilə mövcud əlaqələrinin hazırki vəziyyəti və perspektivləri, habelə gələcək inkişaf planları barədə fikir mübadiləsi aparıb.