!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maliyyə nazirindən manatla bağlı sensasiyalı bəyanat

!Reklam – Yazi

Azərbaycanın maliyyə naziri Samir Şərifov dünən dövlət telekanalı AzTV-də sensasion bəyanatla çıxış edib.

Yenicag.az xəbər verir ki, bu bəyanat hökumətin maliyyə və pul-kredit siyasətinə işıq salır və böyük ölçüdə Azərbaycan valyutasının gələcək vəziyyətindən xəbər verir. “İnterfaks”ın bildirdiyi kimi, maliyyə naziri deyib ki, Azərbaycana milli valyuta məzənnəsinin həddən artıq möhkəmlənməsi lazım deyil.

Onun sözlərinə görə, manatın həddən artıq möhkəmlənməsi “Azərbaycan ixracatçılarına mənfi təsir edir”.

“Çox güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir. Onların məhsulları ixrac üçün daha az rəqabətə davamlı olur. Digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, çünki idxal olunan mallar daha da ucuzlaşır”, – S.Şərifov AzTV telekanalında “Günün nəbzi” verilişinin efirində bildirib.

Nazir əlavə edib ki, son illər ölkədə həyata keçirilən siyasət “makroiqtisadi tarazlığın və davamlı iqtisadi artımın” dəstəklənməsinə yönəldilib.

Xatırladaq ki, 2015-2016-cı illərdə devalvasiya nəticəsində manat dollara nisbətən 2 dəfədən çox ucuzlaçşıb. 2017-ci ildə manat AMB tərəfindən həyata keçirilən sərt valyuta siyasəti nəticəsində 4% möhkəmlənib. 2018-ci ilin 11 ayı ərzində isə manat dollara nisbətən 0,01% möhkəmlənib./Virtualaz.org/

www.yenicag.az

7041
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv