Maliyyə Nazirliyi tender elan edir

Maliyyə Nazirliyi aparatının daxili şəbəkəsi üçün təhlükəsizlik kommunikasiya avadanlıqlarının və proqram təminatının satın alınması məqsədi ilə tender elan edib. Məlumata görə, 1 lot üzrə keçirilən tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar lazımi sənədləri, tender təklifini və onun 5%-i qədər bank təminatını martın 16-na qədər nazirliyin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinə (Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 135 ünvanına) təqdim etməlidirlər. Əlaqələndirici şəxs şöbənin baş məsləhətçisi Nurlan Soltanovdur.
Təkliflərə martın 17-si, saat 11:00-da adı çəkilən ünvanda (429-cu otaqda) baxılacaq.

Yenicag.Az