“Diqlas” ticarət mərkəzində baş verən güclü yanğınla əlaqədar fövqəladə hallar naziri Kəmaləddin Heydərov da hadisə yerindədir.
Yenicag.az xəbər verir ki, jurnalistlərə açıqlama verən nazir, baş verən yanğınla bağlı danışıb:
“Çox ciddi yanğındır. Texnikaları özünüz görürsünüz. Yekunda sizə məlumat veriləcək. İki helikopter cəlb olunub, biri də gəlir. Ticarət mərkəzinin çöl hissəsi alkaponla örtülüb. Bunlar da yanan maddələrdir. İlk dəqiqələrdən yanğının qonşu obyektlərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çətin olardı. Yanğın artıq lakollaşır. Açıq alovlar məhdudlaşdırılıb”.
Heydərov açıqlamasında zərərçəkmiş şəxslərə kompensasiya verilib-verilməyəcəyi məsələsinə də aydınlıq gətirib: “Hər bir şəxs öz malını sığortalamalıdır. Bunlara dövlət tərəfindən kompensasiya verilməsi qanunla düzgün deyil. Bura özəl ticarət mərkəzidir. Burada hər bir mal satan şəxs öz mallarını sığortalamalıdır. Bu sonrakı prosesdir, buna mən qərar vermirəm. Bizim əsas işimiz yanğını söndürməkdir. Nə qədər imkan varsa, insanların sağlam qalmış mallarını çıxarmalıyıq”.
Emin