Reklam

Reklam

Müğənni Manaf Ağayev efirdə qonaqlarla sərt rəftar etdiklərinə görə, aparıcıları tənqid edib.

Yenicag.az-a açıqlama verən sənətçi efirdə özünə qarşı hörmətsizliyi qəbul etmədiyini və belə halla qarşılaşacağı təqdirdə dərhal reaksiya verəcəyini bildirib:

“Qonaq olduğum verilişlərdə heç vaxt mənə qarşı təhqiramiz hərəkətlər və atmacalar olmayıb. Çünki aparıcılar xasiyyətimə bələddir. Bilirlər ki, artıq-əskik danışsa, cavabını verib, yerində oturdacam. Hətta kimsə zarafatyana nəsə deyibsə də, dərhal cavabını alıb. Çünki ondan kəm oğlan deyiləm ki, mənə nəsə desin. Aparıcı adamına baxıb, sözünü deməlidir. Çünki verilişə milyonlarla insanlar baxır. Onların içərisində qohum-əqrəbam da var. Verilişdən çıxan kimi dərhal zəng edirlər ki, filankəs sənə atmaca atdı, niyə cavabını vermədin? Ümumiyyətlə, nəinki müğənninin, istənilən insanın alçaldılmasının, təhqir olunmasının əleyhinəyəm. Hansısa müğənni özünə qarşı hörmətsizliyi qəbul edib, qulaqardına vurursa, bu, onun problemidir. Qaldı ki aparıcıya… əgər o, şou yaratmaq istəyirsə, bunu qabaqcadan deməlidir. Yoxsa verilişin ortasında nəsə qalmaqal etməyə cəhd edirsə, mən bunun əleyhinəyəm”.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2692
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.