Müğənni Manaf Ağayev haqsızlıqla qarşılaşdığını iddia edib.
Yenicag.az xəbər verir ki, müğənni peşmançılığını dilə gətirib:
“Tonlarla zülmün çəkdim, atasının etmədiyini etdim, amma əvəzində mənə elə pislik etdi ki… Dedim, daha ən saydığım, ürəyimi, canımı verdiyim, ən yaxın bildiyim adam bunu mənə edirsə, dünyanın axırıdır. Çünki baş yoxdur, başqa nə səbəb ola bilər ki, mənə qarşı belə bir hərəkət etsin? Mən ona həyatımı, ürəyimi vermişəm e. Hələ pərdəarxası olanları demirəm. Heç nə demirəm, Allah bilsin. Amma mən Allahım qarşısında rahat oldum”.
Qeyd edək ki, müğənni bu fikirləri ATV-nin “Ən yaxşısı” verilişində səsləndirib.
Nehru