!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Manat, yoxsa dollarla ƏMANƏT? - "Milli valyutaya olan etimad..." - İqtisadçıdan ŞƏRH

!Reklam – Yazi

“Manata olan inamın aşağı olması əmanətçilərin xarici valyutaya meyl etməsinə yol açıb”.

Mərkəzi Bankın məlumatına əsasən, bu ilin aprelin 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 2,8 faiz azalaraq 8 milyard 147,5 milyon manat təşkil edib. Bu zaman əmanətlərin 50,3 faizi xarici valyutada olub.

Əmanət qoyuluşundakı azalmanın manata olan inama mümkün təsirləri ilə bağlı iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlama verib.

İqtisadçının sözlərinə görə, əmanətlərin sığortalanması ilə bağlı dəyişikliyin qəbul edilməsi manata olan inamı nisbətən artıra bilər:

“Mart ayı ərzində əmanətlərin həcmi bir qədər azalıb. Çünki bu ayda əhalinin xərcləri daha çox olub. Aprelin 1-nə banklara əmanət qoyuluşu isə 8 147,5 milyon manat təşkil edib. Bu göstərici martın 1-i ilə müqayisədə 2,8% azdır. May ayında isə nisbətən artım müşahidə olunub. Əmanətlərin çox hissəsini dolların təşkil etməsi isə başa düşüləndir. Çünki milli valyutaya olan etimad hələlik tam bərpa olunmayıb. Hər bir halda “Əmanətlərin tam sığortalanması haqqında” dəyişikliklərə əsasən bu ilin 5 aprel tarixinədək bütün qorunan əmanətlər tam şəkildə sığortalanması təmin edilib. Belə ki, hər bir vətəndaşın 100 min manatadək əmanəti qorunur. Bu baxımdan əmanət qoyuluşuna marağın artacağı gözləniləndir”.

Gülşən Şərif

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv