Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Manatı nə gözləyir? - FED-in qərarı  

Federal Rezerv Sisteminin (FED) növbəti toplantısı bitdi. Lakin qeyri-adi heç nə baş vermədi. Sadəcə, FED bu il bir dəfə də faizi artıracağını, gələn aydan isə likvidliyi azaldacağını (ayda təqribən 20 milyard dollar) açıqladı.

Bu açıqlama dolların məzənnəsi barədə hansı vədləri verir?

Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli Yenicag.az-a açıqlamasında qeyd etdi ki, FED-in son açıqlaması dolların məzənnəsinə hər hansı bir formada təsir göstərməyəcək:

“FED-in son açıqlaması fonunda yaxın dövrdə, yəni yanvar ayına qədər dünyada dolların səviyyəsi sabit olaraq qalacaq. Bu müddət ərzində dolların qiymətində hansısa bir ciddi qalxma və yaxud enmə baş verməyəcək. Məsələ ondadır ki, FED-in açıqlamasının Azərbaycan maliyyə bazarına təsirindən söhbət gedirsə, bu istiqamətdə ciddi sıçrayış olacağını düşünmürəm. Bu, baş verməyəcək. Lakin o da var ki, ümumi təsirdən əlavə hər bir ölkənin daxili maliyyə pul-kredit siyasəti olur. Ondan asılı olaraq, müxtəlif ölkələrdə maliyyə vəziyyəti fərqli şəkildə inkişaf edə bilər. Azərbaycana gəldikdə, ölkəmizdə dolların sabitliyi məsələsi daha çox daxili amillərdən asılıdır, nəinki FED-in qərarından. Daxili istehsal ölkəmizdə nə qədər ki, böyük deyil, xarici ticarət balansımızdakı saldo mənfidir, manatın arxasında kifayət qədər əmtəə istehsalını təmin etməmişik, Azərbaycanda manatın sərbəst dəyişən valyutaya keçməsi mümkün olmayacaq”.

ELÇİN

www.yenicag.az

621
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM