Manatın bu günə olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 17 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Yenicag.az-a verilən məlumata görə, avqustun 17-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9343 manat təşkil edir.

1 türk lirəsi 0,2909 manat, 1 rus rublu 0,0254 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6589 manatdır.