Manatın bu günə olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 4 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Yenicag.az-a verilən məlumata görə, sentyabrın 4-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

 

Manata nəzərən avronun məzənnəsi 2.0148 manat təşkil edir. 1 türk lirəsi 0.2286 manat, 1 rus rublu 0.0226, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5523 manatdır.