Azərbaycan Mərkəzi Bankı 25 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Yenicag.az-a verilən məlumata görə, oktyabrın 25-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,8874 manat təşkil edir.
1 türk lirəsi 0,2948 manat, 1 rus rublu 0,0266 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5778 manatdır.