!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Manatın möhkəmlənməsi Mərkəzi Bankın maraqlarına uyğun gəlmir" - EKSPERT

!Reklam – Yazi

Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə keçirilən hərracda manatın dollara nisbətdə ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. Amma uzun müddət idi ki, USD/AZN rəsmi məzənnəsi 1,7001 səviyyəsində qalırdı. Son hərracdan isə görünür ki, cüzi də olsa dolların ucuzlaşması qeydə alınmağa başlayıb.

Bu xüsusda bəzi ekspertlərin qənaətinə görə, dolların ucuzlaşması prosesi davamlı xarakter alacaq.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Yenicag.az-a açıqlamasında məsələni dəyərləndirərkən bildirdi ki, dolların bu ucuzlaşma prosesi sadəcə olaraq, qarşıdan gələn seçkilərə hesablanmış addımdır:

“Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondunun birgə iştirakı ilə keçirilən hərracda ABŞ dollarının milli valyutamız olan manata nisbətən cüzi ucuzlaşması fonunda belə, anoloji tendensiyanın davamlı xarakter alacağı ehtimalı azdır. Bu addım sadəcə, manatın seçkiqabağı möhkəmlənməsi imitasiyasını yaratmağa hesablanmış addımdır. Çünki hazırkı situasiyada manatın möhkəmlənməsi nə Mərkəzi Bankın, nə də hökumətin maraqlarına uyğun gəlmir. Çünki bu hal sonrakı dövrlərdə məzənnənin sabit saxlanılması üçün risklər formalaşdırır. Ona görə də düşünmürəm ki, dolların manatla müqayisədə ucuzlaşması prosesini davam etdirəcəklər. Baş verən dəyişikliyi də ciddi qiymətləndirmək olmaz. Böyük ehtimalla 2018-ci il ərzində sabit məzənnə siyasəti Mərkəzi Bank tərəfindən davam etdiriləcək”.

ELÇİN

www.yenicag.az

2609
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv