Manatın üzərindəki yazı hamını qorxuya saldı – FOTO

493281Ağdam sakininin bankomatdan çıxardığı pulun üzərindəki yazı mağaza sahiblərini qorxuya salıb.

Yenicag.az cebhe.info-ya istinadən xəbər verir ki, rayon sakini bu yazıya Azərbaycandakı məşhur banklardan birindən pul çıxararkən əskinasların birinin üzərində rast gəlib.

Pulun üzərinə yazılan “I love Al-Qaeda” (Mən Əl Qaidəni sevirəm) yazısı market satıcılarını da qorxuya salıb. Pulun heç bir marketdə qəbul edilmədiyini görən vətəndaş sonda bankın Ağdam rayon filialına müraciət edərək onu dəyişdirib.

493281_000