Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
Yenicag.az AMB-yə istinadən xəbər ver verir ki, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 16-sı ilə müqayisədə dəyişməyərək 1,7525 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,32% möhkəmlənərək 1,8335 manat olub.
Rubl 0,7% ucuzlaşaraq 0,0282 manata enib.
Türk lirəsinin məzənnəsi 0,28% möhkəmlənərək 0,4997 manat təşkil edib.
Gürcüstan larisinin məzənnəsi isə 0,64% geriləyərək 0,6497 manat olub.
Yenicag.az