“Mançester Siti” “Çelsini”ni darmadağın etdi

Bu gün İngiltərə Premyer Liqasının 27-ci turunun mərkəzi görüşü keçirilib.

Yenicag.az xəbər verir ki, Mançester şəhərinin təmsilçisi “Mançester Siti” klubu London təmsilçisi “Çelsi”ni qəbul edib.

Oyun meydan sahibinin 6:0 hesablı qalibiyyəti ilə başa çatıb. Qollar: R.Sterlinq (4-cü və 80-ci dəqiqələr), S.Aquero (13-cü, 19-cu və 56-cı dəqiqələr), İ.Gündoğan (25-ci dəqiqə)./Trend/