Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Mançester Siti” çempion!

Reklam: Sinerji Pro

İngiltərə Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulub.

Yenicag.az-ın məlumatına görə, XXVIII turun oyunları eyni gündə və eyni saatda başlayıb.

Son tur çempionun adına aydınlıq gətirib. Qızıl medallara iddialı olan “Mançester Siti” və “Liverpul” ən güclünü qiyabi mübarizədə müəyyənləşdirib.

Sonuncular evdə “Vulverhempton”u qəbul edibsə, “şəhərlilər” səfərdə “Brayton”la görüşüb. Tura qədər bir xal üstünlüyünə malik Mançester klubu qalib gəlmək vəzifəsinin öhdəsindən gəlməyi bacarıb. Oyunun gedişində məğlub duruma düşən Pep Qvardiolanın yetirmələri 4:1 hesablı əzmkar qələbə ilə xal hesabını 98-ə çatdırıblar. Bununla da “Mançester Siti” ardıcıl 2-ci, tarixdə 6-cı dəfə İngiltərə çempionu tituluna yiyələnib.

1989/90 mövsümündən sonra çempionluğa həsrət qalan mersisaydlılar minimal hesablı ev qələbəsi ilə xal hesabını 97-yə çatdırsalar da, ikinci yerlə kifayətləniblər. 18 qat İngiltərə çempionu mövsümün gedişində böyük üstünlüyə malik olsa da, azarkeşlərini sevindirməyi bacarmayıb.

İngiltərə Premyer Liqası
XXXVIII tur
12 may
“Liverpul” – “Vulverhempton” – 2:0

Mane, 17, 81

“Brayton” – “Mançester Siti” – 1:4
Mürrey, 27 – Aquero, 28, Laport, 38, Mahrez, 64, Gündoğan, 72

www.yenicag.az

845
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM