“Mançester Siti” Haalandla bağlı qərar verdi

“Mançester Siti” hücumçu Erlinq Haalandla müqaviləni uzatmaq niyyətindədir.

Yenicag.az xəbər verir ki, 24 yaşlı futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Mançester təmsilçiləri norveçli oyunçunun komandadakı gələcəyini müzakirə etmək üçün agent Rafaela Pimenta ilə artıq bir neçə görüş keçirib.

Qeyd edilir ki, müqavilə bağlanarsa, Haaland mövsümdə 24 milyon avro məvaciblə Kevin De Brüyneni keçərək klubda ən çox maaş alan futbolçu olacaq.

Xatırladaq ki, futbolçu 2022-ci ilin yayından “Mançester Siti”də oynayır. Onunla “Real”ın maraqlandığı bildirilir.

COP29