“Mançester Siti” “Liverpul”u darmadağın etdi – VİDEO

“Liverpul” İngiltərə Premyer Liqasının 23-cü turunun matçında öz meydanında “Mançester Siti” ni qəbul edib.

Yenicag.az-ın məlumatına görə, görüş “Mançester Siti” inamlı qələbəsi ilə yekunlaşıb – 4:1.

İlk qolu İlkay Gündoğan 49-cu dəqiqədə vurub. Daha sonra Fil Foden, yenidən İ. Gündoğan və Rahim Sterlinq fərqlənib.

“Liverpul”la vurulan qolun əvəzini yalnız oyunun 83-cü dəqiqəsində Məhəmməd Salah çıxıb.

Bu qələbə ilə “Mançester Siti” xal ehtiyatını 50-a çatdıraraq turnir cədvəlində liderliyini davam etdirir. “Liverpul” isə 40 xalla dördüncü yerdə qərarlaşıb.