“Mançester Siti” komandası İngiltərə Çempionatının 25-ci turu çərçivəsində Londonun “Arsenal” klubunu qəbul edib.
Yenicag.az xəbər verir ki, meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.
“Etihad” stadionunda keçirilən oyunda hesabı birinci dəqiqədə Serxio Aquero açıb. 10 dəqiqə sonra oyunda hesab bərabərləşib: Loran Kosyelni fərqlənib.
Oyunun 44-cü və 61-ci dəqiqələrində “Siti”nin argentinalı hücumçusu qol vuraraq het-trikə imza atıb və komandasına qələbə qazandırıb.
Bu, 30 yaşlı argentinalının İngiltərə Premyer Liqasında 30-cu het-trikidir. Liqanın rekordu isə Alan Şirerə məxsusdur (11 het-trik).
“Mançester Siti” 59 xal toplayaraq turnir cədvəlində 2-ci pillədədir, “Arsenal” isə 47 xalla altıncıdır./Trend/