“Mançester Siti” “Real Madrid”i darmadağın edib Çempionlar Liqasının finalına yüksəldi

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, ikinci finalçının adına İngiltərədə aydınlıq gəlib.

Yarımfinalın ilk oyununda İspaniyada “Real Madrid”lə 1:1 hesablı heç-heçə edən “Mançester Siti” bu dəfə rəqibi öz meydanında qəbul edib. “Etihad” stadionunda təşkil olunan qarşılaşma “şəhərlilər”in böyük hesablı qələbəsi ilə başa çatıb – 4:0.

Hesabı 23-cü dəqiqədə Bernardu Silva açıb. Portuqaliyalı vinger 37-ci dəqiqədə dubl edib. 76-cı dəqiqədə İspaniya klubunun heyətində Eder Militao avtoqol müəllifi olub. 90+1-ci dəqiqədə isə Yulien Alvares matçda son nöqtəni qoyub.

Beləliklə, iki oyunun cəmində 5:1 üstün olan “Mançester Siti” həlledici matçda iştirak etmək hüququ qazanıb. Pep Qvardiolanın komandası finalda İtaliyanın “İnter” klubu ilə üz-üzə gələcək./Oxu.az/