“Mançester Siti” və “Arsenal” qələbə qazandı

İngiltərə Premyer Liqasında yeddinci turun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, son çempion “Mançester Siti” evdə “Fulhem”i qəbul edib. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Eyni vaxtda “Arsenal” “Southempton”la qarşılaşıb. Matç “topçular”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticələrdən sonra “Mançester Siti” və “Arsenal” hərəyə 17 xalla 2 və 3-cü yerləri bölüşürlər. Turnirə bir xal çox toplayan “Liverpul” başçılıq edir.

COP29