İngiltərənin “Mançester Yunayted” klubu hücumçu Zlatan İbrahimoviçlə yollarını ayırıb.
Yenicag.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son dövrlər zədə səbəbindən oynamayan futbolçunun vaxtından öncə komandadan göndərilməsinin dəqiq səbəbi açıqlanmır.
İbrahimoviç 2016-cı ilin yayında fransanın PSJ klubundan “Mançester Yunayted”ə azad agent kimi transfer edilmişdi. Bu mövsüm 36 yaşlı hücumçu İngiltərə Premyer Liqasının yalnız 5 oyununda meydana çıxıb. İbrahimoviçin klubla müqaviləsi gələn yay başa çatacaqdı.
İsveçli futbolçunun karyerasını ABŞ-ın “Los Ancels Qeleksi” klubunda davam etdirəcəyi bildirilir.