“Mançester Yunayted”dən biabırçı məğlubiyyət – VİDEO

“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun 1\16 finalında oyunsonrası penaltilər seriyasında “Derbi Kaunti”yə uduzub.

Oyunun əsas hissəsi 2:2 hesabı ilə yekunlaşıb.

“Qırmızı şeytanlar”ın heyətində Xuan Mata və Maruan Fellaini, qonaqlarda isə Harri Uilson və Cek Merriot fərqlənib. Penaltilər seriyasında “Derbi Kaunti” 8:7 hesabı ilə üstün olub.

Mankunyanlardan müdafiəçi Fil Cons penaltini vura bilməyib(Report).