“Mançester Yunayted”in sabiq futbolçusu öldü

“Mançester Yunayted”in və İrlandiya yığmasının sabiq yarımmüdafiəçisi Liam Miller 36 yaşında dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, futbolçunun mədəaltı vəzi xərçəngindən öldüyü bildirilir. O, ABŞ-da müalicə alırdı.

Qeyd edək ki, Liam Miller 2004-2009-cu illərdə İrlandiyanın yığmasında 21 matçda oynayıb. Futbolçu “Hibernian”, “Mançester Yunayted”, “Lids”, “Kuinz Park Reyncers” və “Sanderlend” kimi klubların da şərəfini qoruyub. Liam ad gününə 4 gün qalmış ölüb.

COP29