!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Mançester Yunayted”in yeni baş məşqçisi rəsmən açıqlandı

!Reklam – Yazi

Joze Mourinyonun istefasından sonra “Mançester Yunayted”in yeni baş məşqçisi açıqlanıb.

Yenicag.az xəbər verir ki, “qırmızı şeytanlar” Ole-Qunnar Sulşerə həvalə olunub.

Klubun yaydığı rəsmi məlumata əsasən, Sulşer mövsümün sonuna kimi klubun “sükanı arxası”nda olacaq.

Xatırladaq ki, Sulşer futbolçu kimi “MY”də də (1996-2007) oynayıb. Bu müddətdə 366 oyunda 126 qol vurub.

Qeyd edək ki, Sulşer məşqçi kimi İngiltərədə “MY”nin əvəzedici heyəti və “Kardiff”, Norveçdə isə “Molde”də çalışıb. Onun rəhbərliyi altında “Molde” üç dəfə ölkə çempionu olub.

www.yenicag.az

3686
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv