!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mandatını batıranlar və ya günahkarlarla günahsızların səhv düşən yeri... - “A-dan Z-yə Aqil Ələsgərlə” / VİDEO

!Reklam – Yazi

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda 22-ci buraxılışı ilə görüşünüzə gəlib.

Türkiyədə yaşanan mafia-dövlət qarşıdurması, Milli Məclisin “quşlayan” deputatları, labirintə düşmüş təhsilimiz, Şuşada “Eurovision” yarışması keçirmək istəyənlərlə, o yarışda iştirak edən təmsilçilərimizin bayrağımıza etdiyi hörmətsizlik kimi həftənin müzakirə edilən mövzularına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus tərzdə şərh edir.

Buraxılışın mətni:

Ölkələrin gündəmi də ərazilərinə bənzəyir. Məsələn, Türkiyədə gündəm Sedat Peker-Süleyman Soylu qovğası, bizdə isə Vijdan Etibarın quşlaması, uzağı Şəbnəm Tovuzlunun qolundakı döymənin mənasını açıqlamasıdır. Ya da ekologiya nazirinin ölkədə kəsilməmiş meşə qalmamışkən, kamera qarşısında əlinə bel götürüb, yer belləməsi, ağac əkməsi…

***

Mandatını batıranlar…

Ən qısa zamanda parlament yenilənməlidir.
Ya yenidən özlərini buraxmalı, ya da Zeynal Nağdəliyevin xeyir-duası ilə verilən mandatlar geri toplanmalıdır. Xüsusilə, bir çoxu onlara qoyulan mayanı, hətta deputat olmamışdan qabaq azacıq da olsa olan hörmətlərini çox qısa zamanda batırdılar. Elə götürək, Feysbukda özünü batırdıqdan sonra tük əkmək istəyən Vijdan Etibarı. Ya da götürməyək, elə harda batmışdısa, oradada qalsın.

***
Xaricdə oxuyan oğru və onlayn təhsilimiz…

Emin Əmrullayev şagird-müəllim zümrəsini onlayn təhsillə bağlı “sevir-sevmir”in sirrini çözmək üçün çobanyastığı gülünün ləçəklərini qoparan sevgililərə döndərməkdə davam edərkən, xaricdə təhsil almış oğrumuzun da olduğunu öyrəndik.

Xaricdə təhsil alan nazirimiz, deputatımız, icra başçımız var idi, bir rəsmi oğrumuz kəm idi ki, bu gəncin sayəsində bu boşluq da doldu.

Adam sırf oğurluq etmək üçün xaricdə alpinist kurslarında iştirak edib və insafən, xaricdə təhsili peşəkarlığında çox rol oynayıb. Nə bilim, vallah… Əsas odur ki, bu intellektual oğruların sayəsində, bizi evdə oturdub, özü rayonda gəzən sabiq baş infeksionist Cəlal İsayevin evində oğurlanana qədər 72 min dollar və 20 min dollarıq qızıl olduğundan xəbərdar olduq. Eyvallah…

***
Niyazın günahı böyükdür, yoxsa azadlıqda gəzənlərin?

Ötən il Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri azadlığa buraxılıb.

Həmçinin, Xarici İşlər Nazirliyinin əməkdaşları Nurupaşa Abdullayev və İlqar Əliyev ev dustaqlığına buraxılıblar.

Azadlığa buraxılan şəxslər birbaşa öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət törədərkən həbs olunmuşdular. Hər halda yayılan videolarda elə deyilirdi.
Bəs bu şəxslər azadlıqda gəzərkən, əməkdar jurnalist, cəmi üç gün bələdiyyə sədri olan Niyaz Niftiyev hansı ağır əməlin sahibidir ki, bir il üç aydan bəri həbsdədir? Evinə çörək aparmaq üçün küçədə soğan-kartof satmağa məhkum olan üç-beş adama arayış verdiyinə görə? Həm də, saxta elan olunan 403 arayışdan sadəcə üçündə imzası olduğu üçün Niyaz bir il üç aydır ki, içəridə yatır, 400 imzanın sahibindən tutmuş, bu işləri icra edənlər isə öz keflərindədir…

***

Şuşaya uzanan naməhrəm əli…

Şuşa kosmopolitlər üçün nə ifadə edir, bilmirəm. Ancaq başda Ali Baş Komandan olmaqla, Şuşa Azərbaycan xalqı üçün Məkkədir, Mədinədir, Qüdsdür. Bu baxımdan “Eurovision” adlı yarışda qalib gələrək gələn il Şuşada bu əttökən müsabiqəni keçirtmək arzusunda olan səydərəşləri nəinki şiddətlə qınayıram, hətta “boyunuzu yerə soxum” deməkdən də özümü saxlaya bilmirəm. Avropada belə birmənalı qarşılanmayan bir festivalı şəhid qanları ilə suvarılmış müqəddəs şəhərdə keçirtməyi düşünməyin özü belə zərərlidir, rəzildir.
Azərbaycanı iki qılçasının arasında təmsil etdiyini düşünüb, üç rəngli bayrağımıza hörmətsizlik edənlərin etdiyi qədər utancvericidir “Eurovision”un Şuşada keçirilməsini xəyal etmək. Hə, indi məşhur atası evində ərinin ən təbii arzusuna “əğübdür” deyə cavab verən arvada həyat yoldaşının reaksiyasına bənzər deyəcəksiniz ki, Şuşaya rəva görmədiyimizi niyə Bakıda keçirtdik?! Birincisi, mən o zaman da qarşıydım. İkincisi, həvəsdi, bəsdi. Gəldilər, daha-daha yaxından gördük, getdilər, bağlandı söhbət. Daha şitini çıxartmayaq…

www.yenicag.az

833
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv