!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Manilada partlayış baş verib: 34 nəfər ölüb

!Reklam – Yazi

Filippinin paytaxtı Manilada mehmanxana kompleksi yaxınlığında bir neçə partlayış və atışma baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə nəticəsində 34 nəfər ölüb.

Polisin məlumatına görə, naməlum şəxs qarət məqsədi ilə mehmanxananın binasında yerləşən kazinoya daxil olub və atəş acıb. Sonra o kazinoda yerləşən masaları yandırıb. Hücum edən şəxsin intihar etdiyi bildirilir.

Yanğınsöndürənlərin  məlumatına əsasən, qurbanların əksəriyyəti boğulmadan ölüb, bəziləri özlərini otelin ikinci mərtəbəsindən yerə atıblar.

Təfərrüatlar müəyyənləşdirilir.

Qeyd edək ki, bu mehmanxana kompleksi Filippinin beynəlxalq hava limanı yaxınlığında yerləşir.

Yenicag.az

www.yenicag.az

778
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv