Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Maqomayevlə Quliyevin heykəlləri Bakının bu hissəsində qoyulacaq

Görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi Müslüm Maqomayevin və bəstəkar Tofiq Quliyevin heykəllərinin qoyulacağı yer müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 mart 2020-ci il tarixli 1927 nömrəli Sərəncamının icrası məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanan Xalq rəssamı, akademik Ömər Eldarovun müəllifi olduğu heykəlin son tamamlama işləri aparılır və yaxın zamanda Bakı şəhərində Dənizkənarı Milli Parkın ərazisində, dəniz tərəfdən Dövlət Kukla Teatrının yaxınlığında ayrılmış yerdə ucadılması nəzərdə tutulur.

“Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 may 2021-ci il tarixli 2654 nömrəli Sərəncamının icrası məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında heykəltəraş Tural Rzaquliyev tərəfindən hazırlanması nəzərdə tutulan heykəlin isə paytaxtda, “Keçmiş “Bakı” mehmanxanasının yerində salınmış parkda ucadılması planlaşdırılır.

www.yenicag.az

234
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100