Maqsud Mahmudovun məhkəməsində mübahisə düşdü 

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş dindirilib.

Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Aslan Qəhrəmanov söyləyib ki, M.Mahmudov ona brilliant və 25 min manat pul verib.

Daha sonra A.Qəhrəmanovla təqsirləndirilən şəxs arasında mübahisə düşüb. Hər iki şəxs bir-birini təhqir edib.

Proses aprelin 13-dək təxirə salınıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.

təqsirləndirilən şəxsin vəkili lombardla bağlı ekspertizanın təyin edilməsi ilə bağlı vəsatət qaldırıb.