Maradona istefa verdi

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona işsiz qalıb.

Yenicag.az xəbər verir ki, argentinalı mütəxəssis Birləşmiş Ərəb Əmirliiklərinin “El-Fudjayre” klubundan ayrılıb.

Onun istefasına komandanın 1-ci liqaya yüksələ bilməməsi səbəb olub.

Qeyd edək ki, Maradona “El-Fudjayre”ni ötən ildən çalışdırırdı.