Maradonanı polis saxladı

Diyeqo Maradona “Napoli”ni dəstəkləmək üçün gəldiyi Madriddə də dinc durmayıb.

56 yaşlı sabiq futbolçu yerləşdiyi oteldə rəfiqəsinə fiziki zorakılıq səbəbindən polis tərəfindən dindirilib.

Polisi nömrədə səs-küy eşidən otel meneceri çağırıb. Hadisə yerinə təcili tibbi yardım maşını da gəlib. Amma Maradonanın rəfiqəsi tibbi köməkdən və şikayət ərizəsi yazmaqdan imtina edib.(Goal.az)

Yeniçağ.az