Maradonanın əllə vurduğu qolu qeydə alan hakim öldü

Argentina və dünya futbolunun canlı əfsanəsi Dieqo Maradonanın 1986-cı il dünya çempionatında İngiltərə millisinin qapısına əllə vurduğu qolu hesaba alan yan xətt hakimi Boqdan Doçev vəfat edib.

Yenicag.az xəbər verir ki, bolqarıstanlı sabiq laysman 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, sözügedən qarşılaşmanın baş hakimi Ali bin-Nasser olub. Həmin oyundan sonra tunisli hakim FİFA tərəfindən təyinat almadı, Doçev isə karyerasına son qoydu.

Yenicag.az