Mario Mandzukiç “Yuventus”u bu kluba dəyişir

“Yuventus”un hücumçusu Mario Mandzukiç “Mançester Yunayted”ə keçməyə yaxındır.

Yenicag.az xəbər verir ki, bu barədə  “La Gazsetta dello Sport” məlumat yayıb.

Xorvatiyalı forvardın “mankunyanları”n təklifini qəbu etdiyi bildirilir. Onunla 2 illik müqavilə imzalanacağı və illinə 6 milyon avro qazanacağı iddia olunur.

Qeyd edək ki, 2015-ci ildə “Atletiko”dan Turin klubuna keçən Mandzukiç ötən mövsüm A Seriyasında 25 oyuna 9 vurub, 6 məhsuldar ötürmə edib. Onunla “Everton” və “Bavariya” da maraqlanır./qol.az/