Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Marionet professor”un Tramp üçün “konspekt”i: Cəmil Həsənli nə vaxtdan Ağ Evin “sözçü”südür?

Reklam: Sinerji Pro

Xalq Cəbhəsi Partiyasının (AXCP) və Əli Kərimlinin faktik nəzarətində olan Milli Şuranın marionet sədri Cəmil Həsənli özünü xatırlatmaq instinktinin təsiri altında zaman-zaman ortaya çıxmaqdadır.

Bu “çıxış”ın forma və məzmunu təxmin etdiyinizdən fərqli deyil: Adam hələ də 2013-cü ildə məcburiyyətdən ona verilmiş “vahid namizəd” statusunun təsirindədir. Ağızını açıb danışanda da, özünü düşərgənin səlahiyyətli təmsilçisi qismində göstərməyə çalışır. Bəli, sadəcə, çalışır, buna uğursuz cəhd edir.

Nəticədə “çəki”ni artıq, “çap”ını isə geniş göstərmək üçün prezident İlham Əliyevi öz aləmində hədəfə alır. O, “YouTube” kanallarından birinə verdiyi son müsahibədə ABŞ-da Azərbaycan prezidenti İlham Əliyevə yönəlik münasibəti öz səviyyə(si) (zliyi)nə uğyun şəkildə təsvir edib.

Marionet professor kanalın məhdud audiotiriyasını inandırmağa çalışır ki, ABŞ-ın siyasi isteblişmenti İlham Əliyevə etimad göstərmir və onun şəxsiyyətinə olduqca tənqidi yanaşır.

Milli Şuranın “portfel”siz sədri danışdığı yalanlara o qədər aludə olub ki, rəngləri nə qədər tündləşdirdiyinin fərqinə belə vara bilməyib. Bu isə yəqin ki, Həsənlinin “Göbbels təlimatları”na ciddi riayət etməsindən qaynaqlanır. Yəni “Yalanı o qədər bəzəyin ki, hər kəs inansın”.

Həsənli isə auditoriyanı bu yalanlara inandıra bilməsə də, özü öz dediklərinin təsirinə düşüb. Belə olmasaydı, ABŞ-da Azərbaycan prezidentinə münasibəti belə həyasızcasına təhrif etməyə qalxmazdı.

Onun bu iddialarının puçluğunu göstərmək qətiyyən çətin deyil. ABŞ prezidenti Donald Trampın Azərbaycan üçün əlamətdar tarixlərdə, o cümlədən, beynəlxalq əhəmiyyətli təqvim günlərində prezident İlham Əliyevə ünvanladığı məktubları xatırlatmaq kifayətdir.

Trampın bu məktublarındakı pozitiv notlar Ağ Evin İlham Əliyevə münasibəti haqda tam təsəvvür yaradır. Əlbəttə ki, burada söhbət normal və qərəzsiz insanlardan gedir. Təəssüf ki, qərəzi reallıq hissini sıradan çıxarmış Cəmil Həsənlini o sıraya aid etmək çətindir.

Görünən budur ki, bir deputat mandatına görə öncə AXCP-ni hakimiyyətə, daha sonra isə hakimiyyəti AXCP-yə dəyişən Həsənli millət vəkili nostaljisinin təsirindən xilas ola bilmir. Bu xiffət o dərəcədə güclənib ki, professoru çoxdan qeyri-ciddi personaya çevirib.

Onun haqqında danışılan son “illüziya”ları isə sahibinin qeyri-ciddi imicini zənginləşdirməkdən başqa heç nəyə yaramır.

Özü-özünə kənardan baxa bilsəydi…

Loading...

www.yenicag.az

952
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100