Mariupol qurbanları anıldı

http://photo.unian.netUkraynanın paytaxt Kiyev olmaqla bir çox şəhərlərində şənvə günü qrad atəşinə tutulmuş Mariupol qurbanları anılır.

Yenicag.az anspress-ə istinadən bildirir ki, paytaxt Kiyevdə minlərlə insan şəhərin əsas meydanı olan Maydana yığışıb, ölənlərin ruhuna şam yandırıblar.

Mariupolun özündə də insanlar Lenin meydanına yığışaraq ölənləri yad ediblər.

Qeyd edək ki, şənbə günü Ukraynaın Mariupol şəhəri güclü qrad atəşinə məruz qalıb. Nəticədə 30 nəfər həyatını itirib, 102 nəfər yaralanıb.

Ukrayna rəsmiləri atəşin qondarma Donetsk Xalq Respublikasından yönləndiyini iddia etsə də, əks tərəf ittihamları qəbul etmir.