Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Marixuana, əyləncə, intihar... - Təhsil Nazirliyi hara baxır? - VİDEO

Özünü məktəbin üçüncü mərtəbəsindən ataraq intihar edən Elina Hacıyevanın ölüm faktı orta təhsil müəssislərində hökm sürən atmosfer, şagirdlərə qarşı laqeydlik, onların mənəvi-psixoloji durumu, problemli vəziyyətlərin aradan qaldırılmasında qarşıya çıxan çətinlikləri gündəmə gətirdi.

Elinanın intiharı orta məktəblərdə şagirdlərin psixoloji gərginliyə düşdükləri zaman onlara yetərli yardım göstərilməməsi və dəstək verilməməsi kimi acınacaqlı durumun növbəti təsdiqi oldu.

Bu mənada orta məktəb rəhbərləri, o cümlədən, təhsil müəssisələrində çalışan psixoloqların öz vəzifələrinin öhdəsindən gələ bilməmələri, nəzarətsizlik mühitinin böyüməsi icimai diqqəti yenidən bu məsələyə yönəltdi.

Bəs görəsən bir çox məktəblərdə psixoloqlar olduğu halda, şagirdlərin psixoloji durumunun bu qədər nəzarətsiz qalmasına səbəb nədir? Bu vəziyyət hansı fəsadlarla nəticələnə bilər?

Təhsil eksperti, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü Elina Hacıyevanın intiharını bir siqnal kimi dəyərləndirib və təhsil qurumlarını hərəkətə keçməyə səsləyib:

“Bu hadisə göstərdi ki, bir uşağın özünü pəncərədən atmasının altından marixuana, smartfon, əyləncə, narkotika çıxır. Bu hadisələr baş alıb gedəcək, qarşısını almaq çox çətin olacaq. Bunun üçün Təhsil Nazirliyi ən yüksək səviyyədə tədbirlər planı hazırlamalıdır. Valideyn-icma-məktəb əlaqələrinin möhkəmləndirilməsi istiqamətində işlər görülməlidir”.

49 nömrəli məktəb liseyin direktoru Təhminə Əsədova baş verən son intihar hadisəsindən sonra rəhbərlik etdiyi təhsil müəssisəsində şagirlərlə söhbətlər apardığını deyib. O, məktəbdə gündəlik qeydiyyat aparıldığını və növbətçi müəllimlərin təyin olunduğunu, onların baş verən hər hansı hadisədə məsuliyyət daşıdığını bildirib.

Binəqədi rayonu 179 saylı orta məktəbin direktoru Bəyaz Novruzova təhsil müəssisəsində psixoloqla şagirdlərin birgə çalışdığını vurğulayıb:
“Psixoloq olmasa, işimiz çətin olar. Binəqədi ərazisində natamam ailələr daha çoxdur. Psixoloqla valideyn birgə çalışır”.

Direktor şagirdlərin məktəbdə telefondan istifadə etmədiklərini də bildirib:

“Məktəbə telefon gətirməyə icazə vermirəm. Valideyn əgər təkid edirsə ki, uşağım məktəbə telefonla getsin, o halda ərizə ilə bizə müraciət edir. Məktəbə gələndə telefonu sinif rəhbərinə təhvil verir, gedəndə də alıb özüylə aparır”.

Məsələ ilə bağlı hazırladığımız videonu təqdim edirik:

Cəvahir

www.yenicag.az

3625
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM