Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mariya Zaxarova Dağlıq Qarabağ münaqişəsindən danışdı  

Reklam: Sinerji Pro

Rusiya XİN-in sözçüsü Ermənistan tərəfinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq zamanı atəşkəsin pozulması ilə bağlı yaydıqları məlumata münasibət bildirib.

Yenicag.az APA-ya istinadən xəbərinə görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistandan olan jurnalistin bu barədə sualını cavablandırıb. O bildirib ki, ekspertlər baş verən hadisəni öyrənməli və öz qiymətini verməlidir.

M. Zaxarova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə məlumatının olmadığını da söyləyib: “Bu barədə məlumat olan kimi, bildirəcəyik”.

Erməni jurnalistin Dağlıq Qarabağın danışıqlar prosesinə tərəf kimi qoşulmasının mümkünlüyü ilə bağlı sualına isə Rusiya XİN sözçüsü belə cavab verib: “Siz bizim bu məsələ barədə ənənəvi mövqeyimizi bilirsiniz. Ona görə də, sizi bundan əvvəlki şərhlərimizə istiqamətləndirə bilərəm”.

Yenicag.az

www.yenicag.az

754
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100