Mariya Zaxarova: “Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək niyyətində deyil”

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal iştirak etməyi planlaşdırır, lakin müdaxilə etmək niyyətində deyil”.

Yenicag.az Oxu.az-a istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova bu barədə açıqlama edib.

O qeyd edib:

“Rusiyaya görə Dağlıq Qarabağda münaqişənin hərbi yolla həlli yoxdur”.

Zaxarova onu da qeyd edib ki, Moskva münaqişənin həlli üçün əlindəki bütün imkanlardan istifadə etmək niyyətindədir.