“Azərbaycandan da kifayət qədər “Instagram” istifadəçisi “Threads” da profil yaradaraq tətbiqə keçid edir”.
Bunu “Meta” korporasiyası tərəfindən yaradılan “Threads” tətbiqinin Azərbaycanda nə dərəcədə populyarlıq qazanacağını dəyərləndirərkən texnobloger Fərid Pərdəşünas Yenicag.az-a açıqlamasında deyib.
O, “Threads” platformasının eynilə “Twitter” məntiqi ilə çalışdığını bildirib:
““Threads” tətbiqinin digər platformalardan elə bir ciddi üstünlüyü yoxdur. “Twitter” sosial şəbəkəsinə alternativ olaraq “Instagram” tərəfindən yaradılmış platformadır. Eynilə “Twitter” məntiqi ilə çalışır.
Hazırda “Threads” platformasına böyük axın var. Azərbaycandan da kifayət qədər “Instagram” istifadəçisi “Threads” da profil yaradaraq tətbiqə keçid edir.
Hələ ki platformanın məqsədi “Twitter”də olduğu kimi qısa fikirlərin paylaşıldığı məkana çevrilməkdir. Yəni bu tətbiqdə qısa fikirlərə önəm verilir, nəinki foto və videolara”.
Sadiq Cavadov