!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Market prezidentin açılış etdiyi yolu "işğal" edib - VİDEO

!Reklam – Yazi

Avqustun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan Binəqədi – Novxanı yolunda “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən velosipedçilər üçün xüsusi zolaq ayrılıb və yolun bu hissəsi işarələnib.

Yenicag.az xəbər verir ki, yolun kənarında olan “Favorit” market velosipedçilərin zolağını “işğal” edib və burada alış-verişə gələnlər üçün dayanacaq yaradıb.

Nəticədə öz zolağında olan velosipedçi hərəkətinə davam etmək üçün marketin qarşısında xətlənmiş zonada dayanan avtomobillərə görə əsas yola çıxmaq məcburiyyətində qalıb. Bu isə açıq-aşkar qəza riskinin yaranmasına səbəb olub.

Belə durumda isə sual yaranır: “Favorit” market hansı hüquqla “Azəravtoyol” ASC-nin xətlədiyi və velosipedçilər üçün ayırdığı zolağa öz “xətti”ni çəkir?

Yenicag.az

www.yenicag.az

1350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv