Marketdə yararlılıq müddəti bitən məhsullar aşkarlandı

İsmayıllı rayonunun Tircan kəndində fəaliyyət göstərən “Girdiman” marketdə aparılmış yoxlama zamanı yararlılıq müddəti bitən, istehlaka yararsız qida məhsulları aşkarlanıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Aşkar edilən faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsulların satışının qarşısı alınaraq məhv edilib.