Marketdən xeyriyyə qutusu oğurlandı

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə Mərdəkan qəsəbəsi ərazisində yerləşən marketlərin birinin girişindən içərisində 400 manat pul olan xeyriyyə qutusunun oğurlanması barədə müraciət daxil olub.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Zakir Əliyev müəyyən olunaraq saxlanılıb.