İtaliya çempionu “Yuventus”dan ayrılan Klaudio Markizionun yeni klubu müəyyənləşib.
Yenicag.az xəbər verir ki, italiyalı futbolçu Rusiyanın “Zenit” klubuna keçib.
Bu barədə Sankt-Peterburq təmsilçisinin rəsmi saytı məlumat yayıb.
32 yaşlı müdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, “Yuventus”un yetirməsi olan Markizio 2005-ci ildən formasını geyindiyi bu klubla ötən ay qarşılıqlı razılıq əsasına yollarını ayırmışdı.