Marksın “qəbristanlığı”nda ƏYLƏNCƏ ZONASI: Mağaza, kafe, sərgi salonları… – VİDEO

Kommunizm ideologiyasının banisi Karl Marksın məzarının olduğu Londonun “Haygeyt” qəbiristanlığında mağaza, kafe və sərgi salonları fəaliyyətə başlayacaq.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Marksın məzarının olduğu qəbristanlığın turistik məkana çevrilməsi insanlar tərəfindən heç də birmənalı qarşılanmayıb.

İnsanlar, “Burjuaziya cəmiyyətində keçmiş bu günə hökm edər”, – deyən Marks bu layihəyə nə deyərdi?” sualını səsləndiriblər.